Ermənistanda baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının seçki məcəlləsini pozduğu müəyyən edilib.
AzerTimes bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, bununla bağlı vətəndaşlardan Ermənistanın Seçkilərə nəzarət komitəsinə şikayətlər daxil olub.
Müəyyən olunub ki, “Vətəndaş müqaviləsi” partiyasının təbliğat plakatı Metsamor şəhərində seçki məntəqələrinin birində asılıb. Bu, ölkənin seçki məcəlləsi ilə qadağan olunub.
Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək.