Azərbaycan ordusunun ötən gün keçirdiyi “Qisas” əməliyyatının təsirindən bu gün özünə gələn Ermənistan Baş naziri Nikol Paşinyan hakumətin iclasını keçirib.
AzerTimes xəbər verir ki, baş verən olaylara münasibət bildirən Nikol Paşinyan həyasızcasına yalan danışaraq, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan hərbçisi olmadığını və guya Azərbaycanın bunu deməklə blef etdiyini bildirib.
Qeyd edək ki, bu, utanmadan, həyasızcasına yalan danışmağın ən eybəcər formasıdır.
belə ki, cəmi bir neçə gün öncə Ermənistan Baş Qərargah rəisinin müavini Saakyan Azərbaycanın Qarabağ bölgəsində xidmət edən Ermənistan vətəndaşları olan çağırışçıların “müqaviləli hərbçilərlə əvəzlənəcəyini” rəsmən elan etmişdi.
Bunun ardınca isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan hərbçilərinin guya 44 günlük müharibə zamanı erməni separatçı ünsürlərə “yardım üçün” getdiyini bilduirərək, onların avqustun sonuna qədər Azərbaycan ərazisindən çıxarılacağını elan etmişdi.
İki rəsmi açıqlamanın ardınca, Qarabağdan Ermənistan hərbi birliklərinin çıxarılması barədə heç bir dəlil sübut-olmadan, “Qarabağda Ermənistan hərbçisi yoxdur” demək həyasızlığı son həddidir ki. bunu da ancaq ermənilər bacarar.