Paşinyanın Moskvada imtina etdikləri: 2 sənəd, görüş, dəhliz…

Paşinyanın Moskvada imtina etdikləri: 2 sənəd, görüş, dəhliz…

Nikol Paşinyanın Moskvaya səfəri zamanı (7-8 oktyabr – red.) davranışları elə təəssürat yaradır ki, erməni baş nazir Rusiya paytaxtına demarş üçün gedibmiş.

AzerTimes xəbər verir ki. bu barədə “Hraparak” nəşrində yayılan məqalədə bildirilib.

Qeyd edilib ki, Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi iki bəyanata (“Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” – BMT Nizamnaməsindən kənar sanksiyaların tətbiqi – red.) qoşulmadı, Paşinyan MDB ölkələri liderlərinin görüşündəki çıxışında açıq mətnlə bildirdi ki, heç bir halda Azərbaycana dəhliz, dəhlizə nəzarəti isə üçüncü ölkəyə (Rusiyaya – red.) vermək niyyətində deyil, yəni ruslar ümid etməsinlər. Üçtərəfli Putin-Əliyev-Paşinyan formatlı görüşdən imtina edənin məhz Paşinyan olması ilə bağlı xəbərlər də var:

“Belə təəssürat yaranır ki, Paşinyan Qərb mərkəzləri qarşısında götürdüyü öhdəliklərə sadiqdir və Rusiya platformasını rədd edir, üstəlik, Ermənistanı addım-addım Rusiyadan uzaqlaşdırır”.

Teqlər: