Paşinyanın Kremlə qarşı addımı… – Rus analitik hədələdi

Paşinyanın Kremlə qarşı addımı… – Rus analitik hədələdi

Düşünmürəm ki, Ermənistan tərəfindən tanınıb, Azərbaycan tərəfindən tanınmayan AB-nin mülki missiyası təhlükəsizliyin təmin olunmasına həlledici töhfə verəcək.

AzerTimes xəbər verir ki, bunu rusiyalı analitik Nikolay Silayev AB-nin 200 nəfərlik mülki missiyanın 2 il müddətinə Ermənistana göndərilməsi barədə qərarı haqda danışarkən deyib.

“Rusiya dəfələrlə KTMT missiyalarını Ermənistan-Azərbaycan sərhədi bölgəsində yerləşdirmək təklifi verib. Bu mənada KTMT missiyasının nə edə biləcəyi aydındır. Çünki KTMT hərbi alyansdır və Cənubi Qafqaz onun məsuliyyət sahələrindən biridir və onun anlaşılan təsir rıçaqları var. AB-nin gördüyü işlər isə sadəcə bir məntiqə tabedir – nə olursa olsun, Rusiya ümumilikdə regiondan, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesindən sıxışdırılmalıdır. AB-nin addımları artıq ağır günlər yaşayan Ermənistan-Rusiya münasibətlərində gərginliyi artıracaq. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov da birbaşa bəyan edib. O, xüsusilə qeyd edib ki, Ermənistanın Azərbaycanla sərhədə missiya göndərmək barədə AB ilə razılaşması “əks-effekt verə bilər”, – o bildirib.

Silayev qeyd edib ki, AB-nin mülki missiyasının Ermənistana göndərilməsi Bakı-İrəvan arasında ötən ilin payızından ən böyük hərbi toqquşmalardan sonra irəli sürdüyü xarici siyasət xəttinin bir hissəsidir:

“Davamına baxaq. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə əməkdaşlıq planlarını müzakirə etmək üçün görüş keçirdiyi barədə məlumat yayılıb. Tərəflər Ermənistan-NATO siyasi dialoqunun səviyyəsindən məmnunluq ifadə ediblər, cari əməkdaşlıq proqramlarına və gələcək perspektivlərə toxunublar. Ermənistan şübhəsiz ki, bu görüş və danışıqdan təhlükəsizlik baxımından heç nə qazanmır. Çünki heç kim İrəvana zəmanət vermir və vermək niyyətində deyil. Ermənistan Kremllə münasibətləri inkişaf etdirmək baxımından uduzur. Mahiyyətcə də İrəvan Rusiyanı sıxışdırıb, onun regionda təsirini azaltmaq məqsədi güdən AB və NATO ilə həmrəy olduğunu göstərir”.

Teqlər: