Paşinyanın iqamətgahı yaxınlığında aksiya: 45 polis yaralandı

Paşinyanın iqamətgahı yaxınlığında aksiya: 45 polis yaralandı

Ötən gün Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın iqamətgahı yaxınlığında nümayişçilərlə toqquşma nəticəsində 45 polis əməkdaşı yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

“Aksiya iştirakçıları təşkilatçıların səsləndirdiyi müraciətlərlə polisin qanuni tələblərinə tabe olmayaraq zorakılıq tətbiq etməyə, şüşə, daş, dəmir əşyalar atmağa başlayıb. Bu zaman xüsusi texnikadan istifadə edilməsinə qərar verilib. Yüngül səs-küylü xüsusi avadanlıqdan istifadə olunub”, – məlumatda bildirilib.

Teqlər: