Paşinyanın impiçmenti gündəmdə: saat 01:15-dək vaxt verildi

Paşinyanın impiçmenti gündəmdə: saat 01:15-dək vaxt verildi

Ermənistan parlamentinin qarşısına toplaşan mitinq iştirakçıları Baş nazir Nikol Paşinyanın impiçmenti üçün deputatların imzalarını toplamağa başlayıblar.

AzerTimes xəbər verir ki, aksiyaçılar Mülki Müqavilə (Paşinyanın partiyası) fraksiyasının deputatlarına da müraciət ediblər. Onlar bildiriblər ki, Mülki Müqavilə fraksiyasının deputatlarına 01:15-ə qədər vaxt verirlər, gəlib imzalaya bilərlər.

İndiyə qədər “Şərəfim var” və “Ermənistan” (Sərkisyan və Köçəryanın fraksiyaları) blokunun deputatları imza atıblar. Paşinyanın partiyası parlamentdə çoxluq təşkil edir. Paşinyanın impiçmenti üçün “Şərəfim var” və “Ermənistan” blokunun sahib olduqları deputat yeri kifayət deyil. Bundan ötrü ən azı daha 18 deputatım imzası lazımdır. Mülki Müqafilə fraksiyasının 18 deputatı Paşinyanı satarsa, onda Baş nazirin impiçmenti başlayacaq.

Teqlər: