Xəbər verdiyimiz kimi, Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının prezidenti Şarl Mişellə görüşüb.
AzerTimes Unikal-a istinadən xəbər verir ki, qeyri-rəsmi keçirilən görüşdə Paşinyanın geyimi diqqət çəkib.
Belə ki, Baş nazir cins şalvar, sadə ağ köynək və qolsuz gödəkçəyə üstünlük verib. Maraqlısı odur ki, ermənilər Paşinyanın geyimini bəyənməyiblər. Sosial şəbəkədə Nikol Paşinyanın geyimi məsxərəyə qoyulub.