Paşinyanın əmlakları yoxlanılacaq

Paşinyanın əmlakları yoxlanılacaq

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komissiyası bütün dövlət məmurlarının əmlakını yoxlamaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, məmurların gizlədilmiş biznes, daşınar və daşınmaz əmlakının olub-olmadığını yoxlanılacaq.

Məlumata görə, MTN-ə təqdim olunan siyahıda yüksək vəzifəli məmurlar, o cümlədən baş nazir, baş nazirin müavinləri, prezident, parlamentin sədri, deputatlar və digər vəzifəli şəxslər də var.

Teqlər: