Paşinyanın deputatı: Müharibə istəyirsiniz?

Paşinyanın deputatı: Müharibə istəyirsiniz?

Azərbaycanın Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsi qurması Ermənistanda ciddi şəkildə müzakirə edilir.

AzerTimes xəbər verir ki, hakim “Mülki müqavilə” fraksiyasının deputatı Narek Zeynalyan da bu istiqamətdə jurnalistlərin sualını cavablandırıb.

O bildirib ki, Haaqa Məhkəməsinin qərarının icrası üçün məcburi tədbir kimi Azərbaycana müəyyən sanksiyaların tətbiqi təklif edilib:

“Tərəfdaşlarımızın Azərbaycana təzyiq göstərməsinə çalışırıq. Beynəlxalq tərəfdaşlarımız bununla bağlı addımlar atır. Bizim üçün prioritet Qarabağdakı soydaşlarımızın təhlükəsizliyidir. Biz təhlükəsizlik məsələlərinin lazımi səviyyədə olması və Ermənistanla əlaqənin kəsilməməsi üçün hər cür səy göstəririk”.

Jurnalistlərin “Azərbaycan tərəfi nəzarət-buraxılış məntəqəsi yaradırsa, hansı sülhdən danışmaq olar” sualına isə deputat belə cavab verib:

“Müharibə istəyirsən? Mən hesab edirəm ki, danışıqların alternativi yoxdur!”

Teqlər: