Paşinyanın deputatı: Lukaşenko quldur, biz isə qul idik…

Paşinyanın deputatı: Lukaşenko quldur, biz isə qul idik…

Belarus Prezidenti Aleksandr Lukaşenko qul statusunda yaşayır, biz isə bu statusda yaşamaq istəmirik.

AzerTimes xcəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Qagik Melkonyan deyib.

“Lukaşenko çox şey dedi. Amma onun əsas leytmotivi bu idi – Ermənistan hara qaçacaq? Lukaşenko qul statusunda yaşayır və biz bu statusda yaşamaq istəmirik. Müstəqil ölkə olmaq istəyirik ki, kiminlə istəsək, görüşüb müqavilə bağlayaq”, – o bildirib.

Deputat Ermənistanın bundan əvvəl müstəqil olmadığını soruşduqda belə cavab verib:

“Xeyr, Rusiyanın qulu idik, çünki bizə hər şeyi diktə edən o idi: kiminlə görüşməliyik, kiminlə ünsiyyətdə olmamalıyıq, kiminlə əlaqə saxlamalıyıq, ölkəmizdə kim prezident olmalıdır”.

Belə olan halda İrəvanın niyə KTMT-dən çıxmadığını soruşduqda isə Melkonyan qeyd edib ki, vaxtı gələndə hər şeyi edəcəklər.

Teqlər: