Ermənistanda keçmiş deputat Araqats Axoyan saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Kamk” müxalifət qrupunun üzvü Vaaqn Çaxalyan məlumat yayıb.
“Biz bir neçə siyasi məhbusun azadlığa buraxılmasına sevindiyimiz bir vaxtda rejim yenilərini həbs etməyə başladı. Bu, demokratiyanın qalasıdır. Hörmətli Axoyan, dözümlü olun”, – Çaxalyan bildirib.
Məlumata görə, Axoyan sosial şəbəkədə zorakılığa çağıran yazı dərc etdiyi üçün saxlanılıb.