ABŞ Ermənistanın Rusiya ilə ənənəvi möhkəm münasibətlərindən uzaqlaşması üçün şərait yaratmağa çalışır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen məlumat verib.
O, Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərdən uzaqlaşmaq üçün atdığı cəsarətli addımları alqışlayıb:
“Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi Rusiyadan uzaqlaşmaq istəyir. Beləliklə, biz (Amerika hakimiyyəti) bunun baş verməsi üçün şərait yaradırıq”.