Paşinyanın cangüdənləri vətəndaşı döyüb (VİDEO)

Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın cangüdənləri vətəndaşı vəhşicəsinə döyüb.

Bu barədə AzerTimes erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, cangüdənlər “Satqın Nikol” şüarı səsləndirən şəxsə hücum edib.

Şahidlərin sözlərinə görə, həmin şəxs ağır vəziyyətdə hadisə yerindən aparılıb.


(Tərcümə: Orxan Nəbiyev)