Paşinyanın canfəşanlığı: bacaracaqmı? – Markedonov

Paşinyanın canfəşanlığı: bacaracaqmı? – Markedonov

“Ermənistan Respublikasına yeni Konstitusiya lazımdır. Konstitusiya dəyişikliyi yox, yeni Konstitusiya”. Paşinyan bu tezisi Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə onlara ünvanlayıb. Bu bəyanat açıq şəkildə korporativ görüş çərçivəsindən kənara çıxır. Dövlətin əsas qanunu təkcə peşəkar hüquqşünaslara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına deyil, həm də bütün ölkə vətəndaşlarına aiddir.

AzerTimes xəbər verir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib

“Paşinyan ilk dəfə deyil ki, Konstitusiyaya dəyişiklik edilməsinin zəruriliyindən danışır. O, 2018-ci ildə çətinliklə Baş nazir postunu tutaraq bu məsələni dəfələrlə qaldırıb və çoxistiqamətli siqnallar göndərib. Nikol həm prezidentə real səlahiyyətlərin qaytarılmasından, həm də parlament respublikasının qorunub saxlanmasından bəhs edib. Bu ilin yanvarında parlamentarizmin lehinə çıxış edən Nikol onun demokratik istək və strategiyasını nəzərə alaraq, bu idarəetmə formasını Ermənistan üçün ən əlverişlisi adlandırdı. Niyə “burada və indi” Konstitusiya mövzusu Ermənistan hökumətinin başçısı üçün bu qədər vacib oldu? Bunun bir neçə səbəbi var.

Paşinyan “köhnələrin” tərtib etdiyi qaydalar üzrə fəaliyyət göstərməsindən narahatdır. Bəli, o, bu qaydalardan bir-iki dəfə yararlanıb. Amma indiki formada Ermənistanın hökumət modeli Serj Sərkisyanın prezidentliyi dövründə təsdiqlənib. Ermənistanın üçüncü prezidenti onun yeniliklərindən faydalana bilmədi. Paşinyan təkcə simvollarla deyil, həm də praqmatizmlə maraqlanır. Ermənistan hazırda “seçki fasiləsi” dövrünü yaşayır. Hakimiyyətin Qarabağla bağlı qərarlar kompleksi, ağır sosial-iqtisadi vəziyyət və bir siyasi qüvvənin hökmranlığından “banal” yorğunluq ümumilikdə onlara, xüsusən də Paşinyan üçün xeyli çətinliklər yaradır. Növbəti parlament seçkisinin 2026-cı ildə keçirilməsi planlaşdırılır. Heç kim təminat verməyəcək ki, Paşinyan onlara optimal formada yanaşacaq. Ötən il bələdiyyə seçkisi hakimiyyət üçün çətin imtahana çevrildi. Yeni Konstitusiyanın qəbulu, hətta orada bir neçə bəndə düzəliş edilsə belə, mövcud seçki cədvəlini dəyişməyə imkan verəcək. Bu, reytinqlərin mümkün düşməsi, etiraz əhval-ruhiyyəsinin yüksəlməsi və ya digər xoşagəlməz reallıqları gözləmədən seçkini sürətləndirəcək. Ermənistan vətəndaşları dəfələrlə Paşinyanın fövqəladə vəziyyətlərdə öz tərəfdarlarını necə toplayıb səfərbər etməsinin şahidi olublar. Paşinyan ilk dəfə deyil ki, Konstitusiya dəyişiklikləri mövzusunu qaldırır. Onun sözdən hərəkətə keçməyə hazır olub-olmadığını isə zaman göstərəcək”, – o bildirib.

Teqlər: