Ermənistanın Baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” ifadələrindən istifadə etməsi Ermənistanda mübahisələrə səbəb olub.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, Paşinyan özünün şəxsi Feysbuk səhifəsində hakim partiyasının Mülki müqavilə siyasi məktəbi üçün hazırladığı “Ermənistan Respublikasının sosial psixologiyası” adlı kitabını dərc edib.
17-ci əsrin əvvəllərində Şah Abbas tərəfindən ermənilərin köçürülməsinin xalqın sosial psixologiyasına dərin təsirlər göstərdiyini əsas gətirən Paşinyan 1915-ci il hadisələrinə toxunub.
Paşinyan həmin hadisələr üçün işlədilən “soyqırımı” sözü əvəzinə “Böyük Fəlakət (Meds Yeghern)” və “cinayət” sözlərindən istifadə edib.
Paşinyan qısa müddətdə müxalifət dairələrindən kəskin reaksiya alıb, lakin hələ də tənqidlərə cavab verməyib.