Paşinyanın “dünyanın kəsişməsi” adlandırdığı şey sadəcə cəfəngiyyatdır. Nə Azərbaycan, nə də Gürcüstan bunu ciddi qəbul edir.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan deyib.
“Yeri gəlmişkən, əgər bugünün əsl “kəsişməsi” olan Azərbaycanla Gürcüstan “kəsişmə” sözünü işlətmirsə, Ermənistan liderinin bu sözü işlətməsi ən azı gülüncdür. “Dünyanın kəsişməsindən” danışan adam coğrafi mövqeyini geosiyasi kapitala çevirmək üçün heç bir addım atmayıb”, – o bildirib.