Paşinyanın bəyanatı Rusiyada şok effekti yaratdı

Paşinyanın bəyanatı Rusiyada şok effekti yaratdı

Ermənistan Baş naziri Nikol Paşinyanın bugünkü mətbuat konfransında KTMT-nin Ermənistandakı təlimindən imtina etməsi, eyni zamanda Rusiya ordusunun Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu bildirməsi Rusiyada ciddi rezonans doğurub.

AzerTimes xəbər verir ki, Ermənistan baş nazirinin ilk dəfədir Rusiya əleyhinə bu qədər açıq çıxış etməsi birmənalı qarşılanmayıb. Bunu 23 noyabrda İrəvanda keçirilən KTMT zirvə toplantısında Paşinyanın yekun bəyannamənin imzalamamasının davamı hesab edənlər də var.

Hazırda Ermənistan ictimaiyyətində də ciddi müzakirə gedir: İrəvan KTMT-dən çıxırmı?

Paşinyanın çıxışını şərh edən ermənipərəst hərbi ekspert İvan Konovalov deyib ki, KTMT Rusiyanın deyil, üzvlərinin maraqlarını qoruyan bir təşkilatdır:

“Çoxları düşünür ki, KTMT heç bir məsələni həll etmir. Bu, belə deyil. Bu cür rəy siyasi korafəhmlikdir. KTMT doğrudan da bir çox problemləri həll edib və edir. Bu təşkilatı üzv olan dövlətlər burdan böyük siyasi və hərbi-siyasi dividentlər və bonuslar əldə edir. Buna görə də düşünürəm ki, bu qurumdan heç kim çıxmayacaq”.

Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacıkistan və Ermənistan daxildir.

Teqlər: