Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İranda məscidə gedib.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Belə ki, İrana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı İranın birinci xanımı Cəmilə Sədat Ələmolhoda və qızı Reyhanə Rəisinin müşayiəti ilə İranın dini mərkəzi olan Qum şəhərinə səfər edib.
Anna Akopyan buradakı məscidi və Həzrəti Fatimənin məqbərəsini ziyarət edib.