Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan “Mənim addımım” fondunun icraçı direktoru seçilib.
AzerTimes xəbər verir ki, bu barədə fondun saytında məlumat verilib.
“Direktor statusu mənə layihələrin həyata keçirilməsinə daha çox vaxt ayırmağa və fondun işinə yeni təkan verməyə imkan verəcək. Bu, həm də fəaliyyətimizin şəffaflığını və hesabatlılığını təmin etməyə kömək edəcək”, – Akopyan bildirib.
Ondan öncə bu vəzifədə yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan idi.
Qeyd edək ki, “Mənim addımım” fondu Anna Akopyan tərəfindən inqilabdan aylar sonra – 2018-ci ilin iyununda yaradılıb.