Ermənistanın Baş naziri Nikol Paşinyan üçün dövlət büdcəsindən dəyəri 500 min dollardan çox olan beş yeni yolsuzluq avtomobili alınıb.
AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
“Maşınlar Milli Təhlükəsizlik Xidmətinin məxfi qərarı ilə alınaraq, Paşinyana və ailəsinə verilib. Baş nazir üçün hər birinin qiyməti təxminən 100 min dollar olan 4 ədəd “Toyota Land Kruz 300” alınıb. Digər maşın isə qiyməti 130-150 min dollar olan dizel mühərrikli lüks yolsuzluq avtomobili “Leksus LX500”-dür. “Leksus LX” Paşinyanın arvadına xidmət göstərəcək. Baş nazirin xanımına hazırda başqa bir lüks yolsuzluq avtomobili “Leksus GX460” da xidmət göstərir. Milli Təhlükəsizlik Xidməti bu xəbəri nə təsdiq, nə də təkzib edib”, – məlumatda deyilir.
Qeyd edək ki, təxminən bir il əvvəl Paşinyan üçün daha iki yeni avtomobil alınıb: təxminən 250 min dollar dəyərində zirehli yolsuzluq avtomobili “Leksus LX570” və “Toyota Hiace”.