Azərbaycan Xarici İşlər Nazirliyinin “Minsk Qrupunun həmsədri” titulunu daşıyan heç bir diplomatın Bakıda qəbul edilməyəcəyi ilə bağlı əhatəli bəyanat yayması faydalı olardı.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan rəsmilərinin son vaxtlar ATƏT-in Minsk Qrupunu diriltmək cəhdləri və bunun üzərindən manipulyasiyaları haqda bildirib.
Politoloqun sözlərinə görə, Moskva Minsk Qrupundan imtina edib, Brüssel də vasitəçilik fəaliyyətində bu qrupun fəaliyyətini davam etdirməsi mövzusuna toxunmağı lazım bilmir, hətta Paris bu məsələdə isralı deyil:
“Yeganə Vaşinqtondur ki, həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyir. Bu istək Ermənistanın Baş naziri Nikol Paşinyanı Qarabağın adını hallandırmağa cəzasətləndirir, eyni zamanda erməni separatizminə rəvac verir.
Diplomatiyamızın hədəfi Vaşinqtonla izahat işinin genişləndirilməsi olmalıdır. Onlara izah edilməlidir ki, Vaşinqtonun həmsədrlik məsələsində israrı
1) Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edəcək;
2) Rusiyanın bölgədə mövqelərini gücləndirəcək;
3) bölgədə sabitliyə və sülhə əngəl olacaq.
Seçim Vaşinqtonundur”.