Ermənistanın baş naziri Nikol Paşinyan Arman Boşyanı Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini təyin edib.
AzerTimes xəbər verir ki, müvafiq sərəncam Ermənistan hökumətinin saytında dərc olunub.
Bildirilib ki, A.Boşyan 2013-cü ildə “Mülki Müqavilənin” həmtəsisçisi idi. (o vaxt hələ partiya deyil, ictimai-siyasi birlik idi). 2015-ci ildə isə partiyanın qurucularından biri olub.
Bundan əlavə, Ermənistan bir sıra mühüm postlarda təmsil olunub.