Çoxları hesab edir ki, regiondakı bu gərgin şəraitdə, vaxtaşırı hərbi toqquşmalar fonunda sülhdən danışmaq adekvat deyil, lakin xüsusən bu şəraitdə sülhə dəyər vermək lazımdır.
AzerTimes xəbər verir ki, bu fikirləri Ermənistan baş naziri Nikol Paşinyan müstəqillik günü münasibətilə xalqa müraciətində səsləndirib.
Paşinyan deyib ki, bu gün biz çətin dövrdə yaşayırıq, təsvirolunmaz fiziki və psixoloji iztirablar yaşayırıq. Lakin bu sınaqlardan niyə keçməli olduğumuzu başa düşmək vacibdir.
“Regiondakı bu gərgin şəraitdə, sülhə dəyər verilməlidir. Sülh barışıq, yaxud atəşkəslə qarışdırılmamalıdır. Sülh münaqişələrdən, dövlətlərarası və etnik münaqişələrdən uzaq bir mühitdir. Bu yol asan deyil, xarici və daxili sarsıntılardan keçir. Biz müstəqillik, dövlətçilik, gələcək naminə bu yolu keçməliyik”, – deyə Paşinyan vurğulayıb.