Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyə və Suriyaya yardım etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Türkiyə və Suriyada çox sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbəri kədərlidir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan kömək etməyə hazırdır”, – Paşinyan bildirib.