Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, əsas məsələlərlə bağlı konsensus əldə olunub.
Baş nazir qeyd edib ki, sülhlə bağlı əsas prinsiplərin razılaşdırılması Brüsseldə keçirilən görüşlər nəticəsində əldə olunub:
“Bu, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş verib”.