İrəvanla Moskva arasında siyasi dialoq aktivdir.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
“Mən çox məmnunam ki, son aylar ərzində bizim kifayət qədər fəal siyasi dialoqumuz olub. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bizə gəldi, nəinki hökumətlərarası komissiyanın iclası keçirildi, həm də biz bütün məsələlər barədə kifayət qədər əsaslı danışdıq. Oktyabrın əvvəlində biz Aİİ hökumətlərarası şurasının iclasını keçirdik. Bu tədbir çərçivəsində Rusiya hökumətinin sədri Mixail Mişustinlə əməkdaşlığımız və Rusiya və Ermənistanın gündəliyi məsələlərini müzakirə etdik. Şadam ki, bu gün biz bu müzakirələri ümumiləşdirə bilərik”, – Paşinyan bildirib.