2020-ci ilin avqust ayına kimi təminat alırdım ki, bu, çox çətin olacaq, lakin silahlı qüvvələr və “müdafiə ordusu” (Qarabağdakı qanunsuz silahlı dəstələr – red.) qarşıya qoyulan məqsədləri yerinə yetirəcək. 2018-ci ildən sonra mən “hər şey üçün ordu” siyasətini həyata keçirirdim.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyanın iclası zamanı deyib.
O bildirib ki, bu, başqa şeylərlə yanaşı, yeni silahların alınması ilə bağlı idi:
“2019-cu ildə orduda müqaviləli hərbçilərin maaşları artdı, texnika və sursat alındı. Elə bir hal olmayıb ki, ordu müraciət etsin, biz maliyyə çatışmazlığından imtina edək. Xüsusilə, bu, Su-30 təyyarələrinin alınmasına aiddir”.
Baş nazir qeyd edib ki, hakimiyyət dəyişikliyindən sonra hərbi tədarük planı dəyişməyib – “Tor”, “Osa-AK” hava hücumundan müdafiə sistemləri alınıb:
“Osa-AK-ların nə dərəcədə döyüşə hazır olması ilə bağlı çoxlu müzakirələr aparılıb. Amma 2020-ci ilin avqustunda İsrail istehsalı olan “Hermes” pilotsuz təyyarəsi bu sistemlə vurulub. Məndə satınalma planının dəyişmədiyi barədə sertifikat var”.
O, hər hansı silahın alınmamasının satıcının təqdim etmək istəyi ilə bağlı olduğuna diqqət çəkib. Paşinyan vurğulayıb ki, indi də Ermənistan pul köçürüb, lakin hələ də silah almayıb.