Paşinyandan delimitasiya sənədi ilə bağlı açıqlama

Paşinyandan delimitasiya sənədi ilə bağlı açıqlama

Delimitasiya komissiyalarının imzaladığı Əsasnamə ətraflı şəkildə parlamentdə müzakirə olunacaq.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz bu məsələni Konstitusiya Məhkəməsinə göndərməzdən əvvəl hökumətin iclasında geniş müzakirə aparmağı məqsədəuyğun hesab etmədik. Hesab edirəm ki, indiki halda bu, düzgün yanaşmadır. Konstitusiya Məhkəməsindən müsbət rəy olsa o, ratifikasiya olunmaq üçün parlamentə gedəcək və orada daha ətraflı müzakirə aparılacaq. Mümkün mənfi rəy olsa, tamam başqa söhbətdir”, – Paşinyan bildirib.

Teqlər: