Ermənistan hökuməti Azərbaycanı 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik. Bu maddələrin hamısı üzrə razılaşdırılmış məzmunumuz var”, Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan iki ölkə arasında mövcud olan bütün problemləri həll edəcək saziş imzalaya bilməzlər, ona görə də artıq razılaşdırılmış şeyi imzalamaq lazımdır.