Anklavlar mövzusunun siyasi müstəvidə həlli ilə bağlı bəzi ideyalar var.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
O bildirib ki, anklavlar mövzusu siyasi müstəvidə çoxdan mövcuddur:
“Münhen və Brüsseldə keçirilən görüşlərdə bu məsələ müzakirə olunub”.
N.Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycanın bir-birilərinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması üçün bir çox incəliklər və hüquqi aspektlər var.