Ermənistan Baş naziri Nikol Paşinyan Fransa lideri Emmanuel Makrona zəng edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Paşinyan sərhəddə baş verən döyüş toqquşmaları ilə bağlı Makrona da şikayətlənib və “dərin narahatlığını” çatdırıb.
Prezident Makron gərginliyi daha da artırmağı qəbuledilməz hesab edib və vəziyyəti sakitləşdirməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Paşinyan az öncə Rusiya lideri Putinə zəng etmişdi.
Onun yaxın dəqiqələrdə Təhlükəsizlik Şurasının iclasını da keçirəcəyi bildirilir.