Ermənistan Baş naziri Nikol Paşinyan xanımı Anna Akopyanla birgə noyabrın 18-i axşam saatlarında Tunisə işgüzar səfərə gedib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib.
Qeyd edək ki, noyabrın 18-19-da Cerbada (Tunis) Beynəlxalq Frankofoniya Təşkilatının (OIF) 18-ci sammiti keçiriləcək. Ermənistan OIF sammitinə sədrliyi Tunisə verəcək.
Səfər çərçivəsində Paşinyan müxtəlif ölkələrin liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.