Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin ölümü ilə bağlı İran Ali dini lideri Əli Xameneiyə başsağlığı verib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası yazıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.