Paşinyan xahiş etdi: Qarabağı da müzakirə edək!

Paşinyan xahiş etdi: Qarabağı da müzakirə edək!

Biz vaxtaşırı olaraq görüşürük və geniş məsələləri müzakirə edirik.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Vladimir Putinlə görüşü zamanı deyib.

O, görüşdə Putinlə Rusiyanın Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti olaraq yerləşdirilən rus sülhməramlıların fəaliyyətini müzakirə etmək arzusunda olduğunu da dilə gətirib:

“Bu gün ikitərəfli gündəmi və regional məsələləri müzakirə edəcəyik. Düşünürəm ki, bu gün Qarabağdakı rus sülhməramlıların məsuliyyət zonasını da müzakirə edə bilərik. Təəssüf ki, humanitar vəziyyət orada gərgin olaraq qalır”.

Qeyd edək ki, görüşün gündəmində rus sülhməramlılar məsələsi olmadığı Putinin nitqindən də aydın idi.

Teqlər: