Paşinyan Vatikanın dövlət katibi ilə görüşdü

Paşinyan Vatikanın dövlət katibi ilə görüşdü

Ermənistan Baş naziri Nikol Paşinyan Vatikanın dövlət katibi Pietro Parolinlə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Paşinyan kardinalın Ermənistanla Vatikan arasında münasibətlərə yeni təkan verməyə hazır olmasını yüksək qiymətləndirib.

Həmsöhbətlər həm ikitərəfli, həm də regional məsələləri, o cümlədən Azərbaycanla bağlı məsələləri müzakirə ediblər. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ətrafında danışıqlar da müzakirə olunub.

Parolin Vatikanın regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də humanitar məsələlərin həllinə yardım etməyə hazır olduğunu bildirib.

Teqlər: