Paşinyan ümid edir: Ərazi 1991 sənədi ilə…

Paşinyan ümid edir: Ərazi 1991 sənədi ilə…

Ermənistan və Azərbaycanın 1991-ci il 8 dekabr sənədi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsində razılığa gələcəyilə bağlı işarələr var.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında deyib.

“Qeyd olunan dialoq, eləcə də Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması əsas əhəmiyyət kəsb edəcək”, – Paşinyan bildirib.

Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini bəyan edib.

Teqlər: