Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edə bilər.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.
O bildirib ki, Antalyada keçiriləcək Diplomatiya Forumunda Ermənistan tərəfindən xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyan iştirak edəcək.
“Biz bu forumda hər kəsin səsinin eşidilməsini istəyirik. Azərbaycan da dəvət olunub. Ermənistan nümayəndələrini də dəvət etmişik. Paşinyan Antalya forumuna qatıla biləcəyini deyib. Onların gəlməyindən məmnun olarıq”, – deyə M.Çavuşoğlu deyib.