Ermənistan Baş nazirinin ofisi “Sülh qovşağı” təşəbbüsünü işıqlandırmaq üçün türk mediasının nümayəndələrini ölkəyə dəvət edəcək.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Aparatının rəhbəri Araik Arutyunyan deyib.
Arutyunyanın sözlərinə görə, yaxın günlərdə iranlı ekspertlərin də 4 gün davam edəcək səfəri planlaşdırılır:
“Bundan əlavə, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək. “Sülh qovşağı” əsas müzakirə mövzusu olmayacaq, amma yenə də ona toxunulacaq”.