Paşinyan Tomatla görüşdü, “mülki missiya”nı alqışladı

Paşinyan Tomatla görüşdü, “mülki missiya”nı alqışladı

Ermənistan Baş naziri Nikol Paşinyan AB-nin Xarici Fəaliyyət Xidmətinin mülki fəaliyyət komandanı Stefano Tomatın başçılıq etdiyi, həmçinin AB-nin Ermənistandakı yeni monitorinq missiyasının rəhbəri Markus Ritterin də daxil olduğu nümayəndə heyətini qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Görüş zamanı Paşinyan AB-nin mülki müşahidəçilərinin uzunmüddətli missiyasının Ermənistanda yerləşdirilməsi qərarını alqışlayıb və bunun regional sabitliyin və sülhün təmin edilməsi prosesinə töhfə verəcəyini vurğulayıb.

Tomat öz növbəsində missiyaya göstərdiyi köməyə görə erməni tərəfinə minnətdarlığını bildirib, həmçinin Ermənistanda görüləcək işlərə toxunub.

Görüşdə sözügedən missiyaya aid məsələlər və əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: