Paşinyan Tomatla görüşdü

Paşinyan Tomatla görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan AB-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Əməliyyatlar Komandanı Stefano Tomatı qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Baş nazir Tomatla görüşündə AB-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədində fəaliyyətinin vacibliyini qeyd edib. Paşinyan missiyanın səmərəli fəaliyyəti regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verdiyini bildirib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Paşinyan və Tomat AB-nin müşahidəçi missiyasının nəticələrinə və onun gələcək fəaliyyəti ilə bağlı məsələlərə toxunub:

“Tərəflər Ermənistan və AB arasında çoxsahəli əməkdaşlığın daim inkişafının vacibliyini vurğulayıblar”.

Teqlər: