Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“İclasda ölkənin üzləşdiyi çağırışlar və təhdidlər müzakirə olunub. Toplantıda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, Ermənistan Prezidenti Vaaqn Xaçatryan, Baş nazir Aparatının rəhbəri Araik Arutyunyan və hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan da iştirak edib”, – məlumatda deyilir.