Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Böyük Millət Məclisinin (TBMM) erməniəsilli deputatı Karo Paylanla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi müzakirə edilib.
Tərəflər həmçinin Türkiyədəki erməni icmasının vəziyyəti və onun fəaliyyəti barədə də fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, deputat bundan əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla da müzakirələr aparıb.