Paşinyan tapşırdı: O, Rusiyaya hər şeyi dağıtmağa gedir

Paşinyan tapşırdı: O, Rusiyaya hər şeyi dağıtmağa gedir

Qurgen Arsenyanın Rusiyaya səfir göndərilməsi Baş nazir Nikol Paşinyanın 2022-ci ildə anti-Rusiya yolunu seçməsinin nəticəsidir.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın “Tovariş General” Teleqram kanalı məlumat yayıb.

Kanal baş nazirin Q.Arsenyanı Moskvaya səfir göndərməklə Ermənistanla Rusiya arasında əməkdaşlığı və dostluğu bitirdiyini iddia edib:

“Keçmiş səfir Vaqarşak Arutyunyan Kremllə pozitiv dostluq gündəminə sahib idi. Lakin Q.Arsenyan hər şeyi dağıtmağa gedir.

Aydındır ki, Moskva və İrəvan arasıda açıq konflikt olmayacaq, çünki Qərb yeni yaranmış “antirus Ermənistan”ın yükünü götürməyə hazır deyil. Ona görə də yeni səfir siyasi əməkdaşlığı donduracaq, fonda isə ticarət dövriyyəsini saxlamağa çalışacaq. Həmçinin Paşinyana müxalif olan Rusiya Erməniləri İttifaqı yerinə daha loyal diaspor yaradacaq. Bu missiya yerinə yetirilə bilər”.

Qeyd edək ki, Ermənistan-Rusiya münasibətləri xüsusən Xocalı qatili, sabiq prezident Serj Sərkisyanın hakimiyyəti dönəmində güclənmişdi.

Teqlər: