Paşinyan “sülhdən əvvəl” dedi, ya “sonra”?

Paşinyan “sülhdən əvvəl” dedi, ya “sonra”?

15:21

Sülh sazişi imzalanandan sonra Azərbaycanla nəqliyyat qovşaqları açılmalıdır, lakin Ermənistan başqa variantları müzakirə edə bilər.

AzerTimes TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında bildirib.

“Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və bir-birlərinə qarşı heç bir tələblərinin olmadığını, gücdən istifadəni və ya güc tətbiq etmək hədəsini istisna etdiyini, bir-birinin daxili işlərinə qarışmamağa hazır olduqlarını qeyd etdikdə, diplomatik əlaqələr qurulacaq, qalan məsələlər bu çərçivədə həll olunacaq. Bundan sonra kommunikasiyalarla bağlı problem həll olunacaq”, – Paşinyan bildirib.

Qeyd edək ki, “Sputnik Ermənistan” Nikol Paşinyanın “sülh müqaviləsi imzalanmamışdan əvvəl” Azərbaycanla kommunikasiyaların açılmasını mümkün saydığını yazıb.

Teqlər: