Paşinyan Şoltsla danışdı: Azərbaycanla sülh…

Paşinyan Şoltsla danışdı: Azərbaycanla sülh…

Ermənistanın Baş naziri Nikol Paşinyanla Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, tərəflər Ermənistanla Azərbaycan arasında sülh sazişi məsələsi barədə danışıblar.

Onlar həmçinin İrəvanın Berlin və Avropa Birliyi ilə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.

Baş nazir Paşinyan qeyd edib ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü ilin 14 may və 15 iyulunda Brüsseldə, 5 oktyabr 2023-cü ildə Qranadada razılaşdırılmış prinsiplər əsasında qərarların qəbuluna başlamağa hazırdır.

Teqlər: