Nerkin-Hand kəndi ərazisində rus sərhədçilərin olmasını tənzimləyən heç bir mandat və ya razılaşma yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı”nda deyib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Nerkin-Handın Rusiyanın məsuliyyət zonası olması ilə bağlı açıqlmasını şərh edən Paşinyan bildirib:
“Heç kim deməyib ki, Nerkin-Hand ərazisi Rusiyanın məsuliyyət zonasıdır. Ermənistan-Azərbaycan sərhədində hamıya məlum olan faktlar ucbatından kortəbii şəkildə yarana bilən bir çox vəziyyətlər var. Bu o deməkdir ki, Rusiya sərhədçiləri orada heç bir təhlükəsizlik funksiyasını yerinə yetirə bilməzlər. Bundan müvafiq nəticə çıxarmalıyıq”.
Qeyd edək ki, 12 fevralda Ermənistan ordusunun bölmələri Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərindən snayper atəşi ilə Azərbaycan sərhədçisini yaralamışdı. 13 fevralda isə DSX qisas əməliyyatı ilə atəş açılan döyüş mövqeyini darmadağın etdi, o cümlədən 4 erməni əsgər məhv edildi.
Alen Simonyan həmin ərazilərin rus sərhədilərin “məsuliyyət zonası” olduğunu, AB müşahidəçilərini rus sərhədçilərin o bölgəyə buraxmadığını iddia etmişdi.