Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, Regional əməkdaşlıq və ATƏT üzrə idarəedici direktoru Mixael Sibertini qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, onlar İrəvan və AB arasında tərəfdaşlıq, Şərq Tərəfdaşlığı proqramı, regional təhlükəsizlik, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər.