İrəvanın keçmiş meri Qraçya Sərkisyan baş nazir Nikol Paşinyanın müşaviri təyin edilib.
AzerTimes xəbər verir ki, Paşinyan bununla əlaqədar müvafiq fərman imzalayıb.
Qeyd edilir ki, Sərkisyan 2018-ci ilin sentyabrında keçirilən bələdiyyə seçkiləri zamanı İrəvan şəhər şurasına üzv seçilib. Bundan sonra o, şəhərin birinci vitse-meri təyin edilib.
2021-ci ilin dekabrında isə Hayk Marutyan istefa verdikdən sonra şəhər şurası Sərkisyanı mer seçib. Sarkisyan bu il martın 17-də istefa verib.