Ermənistanın Baş naziri Nikol Paşinyan öz kabinetində orta məktəb şagirdlərini qəbul edib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, Paşinyan şagirdlərə Azərbaycanla sərhəddə yerləşdirilmiş ilk sərhəd dirəyinin maketini göstərib.
O, həmçinin Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası barədə danışıb.
“Sərhəd dövlətin mühüm simvoludur. Bu il Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Tavuş vilayətində aparılıb”, – Paşinyan deyib.