Paşinyan separatçılarla yenə görüşdü

Paşinyan separatçılarla yenə görüşdü

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçılarını İrəvanda qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan nazirlər Kabineti məlumat yayıb.

Baş separatçı Araik Arutyunyanın da daxil olduğu separatçı dəstəyə Paşinyan Azərbaycanla aparılan danışıqlar barədə məlumat verib.

Qeyd edək ki, Paşinyan 12 oktyabrda da Arutyunyanla görüşmüşdü.

Teqlər: